Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq
12:49 02.09.2026
0
0
0
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 1 milyondan çox minanın basdırılması ehtimal olunur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 min 667 kvadrat kilometr ərazi mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmiş hesab edilir.
"Şərq qapısı" xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində təşkil olunan “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti” mövzulu panel müzakirədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
O qeyd edib ki, mina təhlükəsi insanların həyat və sağlamlığına ciddi təsir göstərir. “Vətən müharibəsi başa çatandan bugünədək 437 həmvətənlimiz partlayıcı sursatların qurbanına çevrilib, onlardan 73-ü həyatını itirib, 364-ü isə müxtəlif dərəcəli xəsarətlər alıb. Minatəmizləmə olmadan bərpa prosesinə başlamaq mümkün deyil. Vətən müharibəsinin başa çatmasından sonra Azərbaycan bu problemin həlli istiqamətində genişmiqyaslı işlər həyata keçirir. 2020-ci ilin noyabrından etibarən 298 min hektardan çox ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib, 260 min ədəddən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib”,- deyə Samir Poladov vurğulayıb.
Digər xəbərlər