NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Sədərək rayonunda yol-nəqliyyat hadisəsi baş verib

...

"Şərq qapısı" xəbər verir ki, hadisə rayonun Sədərək kəndi ərazisində qeydə alınıb. 1963-cü il təvəllüdlü Məhərrəm Hüseynovun idarə etdiyi 77-XE-913 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 2004-cü il təvəllüdlü Elvin Heydərovun idarə etdiyi 73-BC-130 dövlət nömrə nişanlı "AzSamand" markalı avtomobil toqquşub. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Qəza yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 05.05.2025 00:09