NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Sədərək rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

...

Aprelin 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən "Şərq qapısı"na bildirilib ki, 110/35/10 kV-luq Sədərək yarımstansiyasından qidalanan 35/10 kV-luq Sədərək yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi saat 10:00-dan 11:00-dək dayandırılacaq.

Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.

Nəşr edilib : 22.04.2026 17:48