Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa b...
23:14 20.08.2026
0
0
0
NAXÇIVAN :
20 Avqust 2026, Cümə axşamı
Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə sentyabrın 29-da “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium təşkil ediləcək.
İnstitutdan bildirilib ki, simpoziumun əsas məqsədi şəhər mühitinin ekoloji, bioloji və tibbi komponentləri arasındakı əlaqələri müasir elmi yanaşmalar əsasında təhlil etmək, beynəlxalq elmi təcrübənin və innovativ tədqiqat nəticələrinin müzakirəsi üçün elmi platforma yaratmaq və yaşıl şəhər mühitinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış yanaşmaların və tövsiyələrin hazırlanmasına töhfə verməkdir.
Şəhər mühiti və insan sağlamlığı - molekulyar-genetik və sistemli yanaşmalar, şəhər mühitində ekoloji risklər - fraqmentasiya, çirklənmə və səs-küy amilləri, şəhər biomüxtəlifliyi və ekosistem davamlılığı, yaşıl infrastruktur və bioadaptiv memarlıq, sağlam və dayanıqlı şəhər modelləri, urban stres və psixi sağlamlıq problemləri, şəhər mühitinə xas yoluxucu və qeyri-yoluxucu xəstəliklər, profilaktik urban yanaşmalar, ekoloji təhlükəsiz şəhərlər üçün innovativ və normativ-hüquqi həllər simpoziumun əsas müzakirə istiqamətlərini təşkil edəcək. Simpoziumda iştirak etmək istəyən tədqiqatçılar və mütəxəssislər tezislərini Azərbaycan və ya ingilis dillərində hazırlayaraq sentyabrın 10-dək timbb@imbb.science.az elektron poçt ünvanına göndərə bilərlər. Təqdim olunan bütün tezislər plagiat və süni intellektdən istifadə baxımından yoxlanılacaq. Eyni zamanda, materiallar təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək və yalnız müəyyən edilmiş tələblərə cavab verən tezislər nəşrə qəbul ediləcək.
Simpozium şəhər mühitinin sağlamlaşdırılması, ekoloji təhlükəsizliyin təmin olunması və şəhərlərin dayanıqlı inkişafı istiqamətində alimlər, tədqiqatçılar və mütəxəssislər arasında elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platforma olacaq.
Ətraflı məlumat əldə etmək üçün timbb@imbb.science.az ünvanına yazmaq olar.
Digər xəbərlər