NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Serhat Köksal: Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycana daha çox maliyyə ayırmaq niyyətindədir

...

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycana daha çox maliyyə vəsaiti ayırmaq, tərəfdaşlıq layihələrinə, eləcə də innovasiyalara və beynəlxalq bazarlara çıxışa can atan biznes subyektlərinə daha çox dəstək göstərmək niyyətindədir.

"Şərq qapısı" xəbər verir ki, bunu QDTİB-nin prezidenti Serhat Köksal iyulun 2-də Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının biznes forumunda deyib.

"Azərbaycanla tərəfdaşlıq qarşılıqlı etimada, ümumi məqsədlərə əsaslanır. Bu illər ərzində QDTİB maliyyə institutlarından və istehsaldan tutmuş ticarət və enerjiyə qədər müxtəlif sektorlarda layihələri dəstəkləyib, iş yerlərinin yaradılmasına, rəqabətqabiliyyətliliyin artırılmasına və davamlı iqtisadi artıma töhfə verib", - deyə o əlavə edib.

Nəşr edilib : 02.07.2026 11:12