Qarabağ Universitetinə 49 ixtisas üzrə 1235 tələbə...
16:11 14.09.2026
0
0
0
Sertifikatlaşdırma prosesi nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavə ediləcək.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir bildirib ki, indiyədək sertifikatlaşdırma prosesinə 104 min təhsil verən cəlb olunub. Onlardan 73 min nəfərinin əməkhaqqına artıq əlavələr edilib, 17,5 min nəfərin əməkhaqqına isə əlavələrin edilməsi proqnozlaşdırılır.
Qeyd olunub ki, 2026-cı il iyunun 17–25-də təqribən 20 min müəllim ilk dəfə sertifikatlaşdırma imtahanında iştirak edib. Tarix, texnologiya, fiziki tərbiyə, musiqi və təsviri incəsənət kimi ilk dəfə sertifikatlaşdırma aparılan fənlər üzrə 16 min 569 nəfər prosesə qatılıb.
Emin Əmrullayev, həmçinin diqqətə çatdırıb ki, təqribən 6 min müəllim işə qəbul müsabiqəsinin bütün mərhələlərini uğurla tamamlayaraq məktəblərdə əmək fəaliyyətinə başlayıb.
Digər xəbərlər