NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində ekoloji bilik yarışı keçirilib

...

Şərur Rayon Uşaq-Gənclər Şahmat Məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” devizi altında ekoloji bilik yarışı keçirilib.
Yarışda Şərur rayon ümumi təhsil müəssisələrini təmsil edən 8 komanda mübarizə aparıb. Şərur rayon Düdəngə kənd tam orta məktəbinin “Düdəngə” komandası ən yüksək nəticəni göstərərək 1-ci yerin qalibi olub və yarışın Əsasnaməsinə uyğun olaraq "Final" mərhələsinə adlayıb.
Qeyd edək ki, Naxçıvan şəhəri və rayonlar üzrə keçirilən yarışlarda qalib olan komandalar yekunda Naxçıvan Muxtar Respublikası üzrə "Final" mərhələsində biliklərini sınayacaqlar.
Yarışlar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin V-VIII sinif şagirdləri arasında təşkil olunur və şagirdlərin ekoloji biliklərini artırmaq, ətraf mühitə həssaslıq və məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
Yarışların sonunda qalib komandaların kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulur.

Nəşr edilib : 24.11.2025 11:07