NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

Şərurda arvadını öldürməkdə şübhəli bilinən şəxs tutulub

...

İyulun 31-də Şərur rayon Qarxun kənd sakini  Məmiyeva Sunay Siyafər qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
"Şərq qapısı" xəbər verir ki, araşdırma zamanı, Şərur rayonu, Qarxun  kənd sakini Məmiyev Nadir Yunis oğlu həyat yoldaşı Məmiyeva Sunayı öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Nadir Məmiyev barəsində Şərur Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Nadir Məmiyev özü Polis İdarəsinə gələrək öz əməlini etiraf edib, polis əməkdaşları tərəfindən istintaq orqanına təhvil verilib və  prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.

Nəşr edilib : 31.07.2026 23:57