NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Şərurun bir sıra kəndlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

...

Şərur rayonunun bir sıra yaşayış məntəqələrində oktyabrın 2-də elektrik enerjisinin verilişində fasilə yaranacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) "Şərq qapısı"na verilən məlumata görə, 35/10 kV-luq Maxta, Muğanlı və Aralıq yarımstansiyalarında aparılacaq təmir işləri ilə əlaqədar saat 15:00-dan 17:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Fasilə Maxta, Dəmirçi, Axaməd, Kərimbəyli, Qaraburc, Kürçülü, Kürkənd, Qorçulu, Muğanlı, Alışar, Aşağı Aralıq və Xələc kəndlərini, həmçinin Yengicə kəndinin bir hissəsini əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi daha keyfiyyətli və dayanıqlı şəkildə bərpa olunacaq.

Nəşr edilib : 01.10.2026 11:05