Ötən il Azərbaycandan İrlandiyaya 532 min ton xam ...
16:50 22.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayonunun dağlıq ərazisində çöl heyvanlarının qida maddələrinə olan tələbatının qismən ödənilməsi məqsədilə biotexniki tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbir çərçivəsində çöl heyvanlarının sıx məskunlaşdığı, eyni zamanda qalın qar örtüyünün müşahidə olunduğu "Billava" adlanan əraziyə 30 kip qaba yem və 150 kiloqram daşduz dağıdılıb.
Nazirlik tərəfindən fauna ehtiyatlarının mühafizəsi və artırılması məqsədilə keçirilən biotexniki tədbirlərin zərurət yarandığı digər ərazilərdə də davam etdirilməsi nəzərdə tutulur.
Digər xəbərlər