NAXÇIVAN :

24 Oktyabr 2026, Şənbə

SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

...

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

"Şərq qapısı" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, şirkətin prezidenti Rövşən Nəcəf Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat ilə görüş keçirib.

Görüşdə nazirə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın çoxşaxəli fəaliyyəti və uzunmüddətli strateji hədəfləri barədə məlumat verilib. Şirkətin Azərbaycanda və digər ölkələrdə həyata keçirdiyi layihələrdən, əldə etdiyi nailiyyətlərdən bəhs olunub.

Nəşr edilib : 15.10.2026 12:01