Muxtar Babayev: Yeni NDC-lər yaşıl investisiyalar ...
21:54 26.06.2025
0
0
0
NAXÇIVAN :
26 Iyun 2025, Cümə axşamı
Həyat belədir. Başlayır və bitir. Hərşeyin əvvəli olduğu kimi, sonu da qaçınılmazdır. Bir zamanlar ürkək baxışlar, həyəcan, bir az da sevinc ilə qarışıq qorxunun hakim olduğu duyğularla ilk dəfə addım atdığı məktəbə son dəfə daxil olarkən, 11 il yolyoldaşına çevrilmiş ən xoş, ən həyəcanlı, bəzənsə hüznlü zamanlarına şahidlik etmiş partası ilə son dəfə vidalaşarkən insan anlayır o qayğısız məktəb illərinin sona yetdiyini. Halbuki, bəlkə də, hey bu günü gözləyirdi illər boyu. Amma elə ki vədə çatdı, vaxt yetişdi artıq səbirsizliyin yerini dərin bir hüzn alır.
İnsan həyatı boyu xatirələrlə yaşayır. Lakin əminliklə deyə bilərik ki, ən xoş xatirələr məhz məktəb illəri ilə bağlı olanlardır. Əslində, heç də asan deyil uzun illər birgə məktəb yollarını addımladığın sinif yoldaşlarından, doğma müəllimlərdən ayrılmaq. Axı kiçik dünyanın böyük parçası idi onlar. Dərdini- sərini böldüyün, sirrini paylaşdığın, xoş xatirələrinin iştirakçısıdır onlar. İlk dəfə əlinə qələm aldıqda titrək əllərindən tutub sənə yazı yazmağı, oxumağı öyrədən müəllimlərdən necə ayrılmaq olar?
Bəli, bu gün bir çox gənc bu qarışıq duyğular içərisindədir. Məktəb həyatının bu son günündə onların üzündə həm təbəssüm, həm də hüzn sezilir. Kimisi xatirələrini danışır, kimisi arzularını dilə gətirir, kimisi ağlayır, kimisi gülür...
Baba Vəziroğlu nə gözəl demiş:
Yenə son zəng çalınır,
Həm sevincdi, həm kədər.
Göz önündə canlanır,
Xatirələr nə qədər...
Ürəkləri titrədir
Son zəngin kövrək səsi.
Kimə “Xoş gəldin”, – deyir
Kimə vida nəğməsi...
Şairin də dediyi kimi, bu son deyil, əksinə, başlanğıcdır. Yeniyetməliyin bitdiyi, gəncliyin başlandığı həmin o başlanğıc. Və biz bu yeni həyat yolunda gənclərimizə bol uğur, xoşbəxtlik dolu günlər arzu edirik. Axan göz yaşlarınız sevinc göz yaşlarınız olsun, əziz məzunlarımız. Qoy 11 il yorulmadan addımladığınız, elmə-biliyə yiyələndiyiniz doğma məktəb, özünü şam kimi əridərək sizlərə işıq saçan dəyərli müəllimləriniz, şən, şıltaq sinif yoldaşlarınız ömür boyu xatirələrinizdə əbədi yaşasın. Məzun adınız mübarək!!!
Türkanə ƏSƏDOVA
Digər xəbərlər