Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında i...
22:33 16.11.2026
0
0
0
NAXÇIVAN :
17 Noyabr 2026, Çərşənbə axşamı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev, AHİK-in Aparat rəhbəri Ayaz Əliyev, ASK-nın vitse-prezidentləri Zakir Nuriyev və Jalə Hacıyeva, habelə hər üç qurumun nümayəndələri iştirak ediblər.
Görüşdə son illər əmək qanunvericiliyinin təkmilləşdirilməsi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarının ratifikasiyası istiqamətində sosial tərəfdaşlıq müstəvisində görülən işlər müzakirə olunub. Sosial-əmək hüquqlarının daha etibarlı qorunmasına xidmət edən və əmək qanunvericiliyinə yeni dəyişiklikləri nəzərdə tutan layihələr barədə məlumat verilib.
İclas zamanı BƏT-in “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması üzrə yaradılmış İşçi Qrupun məruzəsi dinlənilib. Eyni zamanda, bu sahədəki yeniliklər və əməkhaqqı ödənişlərinin elektronlaşdırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulan dəyişikliklər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, “İşəgötürənlər və sahibkarlar birlikləri haqqında” qanun layihəsi barədə İşçi Qrupun hesabatı müzakirə edilib, Komissiya daxilində fəaliyyət göstərən işçi qrupların fəaliyyəti və qəbul olunmuş qərarlar haqqında iştirakçılara məlumat verilib.
Digər xəbərlər