NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

...

Kustanay vilayətində fəaliyyət göstərən Azərbaycanlıların “Birlik” Etnomədəni Birliyinin sədri Rəfail Hacıbalayev Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib.

"Şərq qapısı" Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı Kasım-Jomart Tokayev bu barədə müvafiq sənəd imzalayıb.

Qazaxıstan Xalq Şurası ölkə xalqının maraqlarını təmsil edən ali konstitusion orqandır. Onun tərkibinə etnomədəni birliklərin 42, ictimai təşkilatlar və başqa qeyri-kommersiya təşkilatlarının 42, habelə ölkə paytaxtının, vilayətlərin və respublika əhəmiyyətli şəhərlərin məşvərətçi və ictimai şuralarının 42 nümayəndəsi olmaqla Qazaxıstan vətəndaşları daxildirlər.

Qazaxıstan Xalq Şurası dövlətin daxili siyasəti ilə bağlı əsas istiqamətlər üzrə təkliflər və tövsiyələr hazırlayır, parlamentə qanun layihələrini təqdim edir və ümumxalq referendumunun təyin olunması təşəbbüsünü irəli sürür.

Nəşr edilib : 22.09.2026 14:10