DİN: Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər s...
11:16 19.09.2026
0
0
0
NAXÇIVAN :
19 Sentyabr 2026, Şənbə
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Tibb Kollecində “Fövqəladə hallarda həmrəylik və qarşılıqlı yardım” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd tələbələrə fövqəladə hallar zamanı həmrəyliyin, qarşılıqlı yardımın və düzgün davranış qaydalarının əhəmiyyəti barədə ətraflı məlumat vermək, onların fövqəladə hallara hazırlıq səviyyəsini artırmaq, təhlükəsizlik mədəniyyətinin formalaşdırılmasına töhfə vermək olub.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxışlar zamanı “Sülh aylığı”nın əhəmiyyətindən bəhs olunaraq sülhün, təhlükəsizliyin və qarşılıqlı əməkdaşlığın cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığı vurğulanıb, ölkəmizdə əhalinin və ərazilərin fövqəladə hallardan qorunması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, fövqəladə hallar zamanı insanların həyat və sağlamlığının qorunmasında həmrəyliyin, qarşılıqlı yardımın mühüm rolu qeyd olunub. Həmçinin fövqəladə hallar zamanı xilasedicilər, tibb işçiləri və digər aidiyyəti qurumlarla əlaqəli fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılıb.
Tələbələrə fövqəladə hallar hadisələr zamanı davranış qaydaları, təxliyə zamanı təhlükəsizlik tələbləri, ilkin tibbi yardımın göstərilməsinin əsas prinsipləri, "112" qaynar telefon xəttinə düzgün müraciət qaydaları və fövqəladə hadisələr zamanı xilasedicilərlə əməkdaşlığın əhəmiyyəti izah edilib.
Tədbirdə iştirakçıların sualları cavablandırılıb, fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydalarını əks etdirən maarifləndirici materiallar təqdim olunub.
Sonda tələbələrə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə praktiki məlumat verilib, təhlükəli ərazilərdən uzaq durmağın, şübhəli əşyalara toxunmamağın və onları hərəkət etdirməməyin vacibliyi diqqətə çatdırılıb. Həmçinin belə hallarla qarşılaşdıqda düzgün davranış qaydaları və aidiyyəti qurumlara məlumat verilməsi barədə ətraflı izahat verilib.
Qeyd edək ki, “Sülh aylığı” çərçivəsində keçirilən bu kimi tədbirlər cəmiyyətdə həmrəylik və qarşılıqlı yardım dəyərlərinin təşviqinə, əhalinin fövqəladə hallara hazırlığının artırılmasına və təhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsinə xidmət edir.
Digər xəbərlər