NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Tahir Rzayev: Fermerlər üçün əlverişli mühitin və imkanların yaradılması həlledici rol oynayır

...

Təşəbbüslərimizdə qadın fermerlərin, gənclərin və elmi ictimaiyyətin səylərini birləşdirməli, həmçinin yerli və beynəlxalq qabaqcıl təcrübələri tətbiq etmək üçün güclərimizi səfərbər etməliyik. Biz artıq bu əməkdaşlığın ilk bəhrələrini görürük. "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ictimaiyyət və Milli Məclis tərəfindən müsbət qarşılanıb. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə ictimai müzakirələr təşkil olunub.

"Şərq qapısı" xəbər verir ki, bunu “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində "Fəaliyyətdə Harmoniya: İqlimə Dayanıqlı Kənd Təsərrüfatı naminə Əməkdaşlıq" mövzusunda keçirilən yüksəksəviyyəli dəyirmi masada Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

"Fermerlər Azərbaycanda kənd təsərrüfatının inkişafının əsas dayağıdır. Onlar üçün əlverişli mühitin və imkanların yaradılması, maliyyə mexanizmlərinin əlçatan olması və tərəfdaşlıq mühitinin formalaşdırılması həlledici rol oynayır. Biz FAO ilə əməkdaşlıqdan çox məmnunuq. 2024-cü ildə keçirilən birinci Bakı İqlim Fəaliyyəti Həftəsi cari məsələlərin müzakirəsi və həll yollarının tapılması üçün mühüm tərəfdaşlıq platformasına çevrildi. Inanıram ki, “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” da mövcud çağırışların həlli üçün yüksəksəviyyəli platforma kimi xidmət etməyə davam edəcək", - deyə Tahir Rzayev bildirib.

Nəşr edilib : 08.09.2026 11:18