Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib
22:37 17.08.2026
0
0
0
NAXÇIVAN :
17 Avqust 2026, Bazar ertəsi
Avqustun 17-də Tbilisi Tarix Muzeyində Azərbaycan və Gürcüstan rəssamlarının əsərlərindən ibarət növbəti beynəlxalq incəsənət sərgisi açılıb.
“Şərq qapısı” xəbər verir ki, sərgi Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil edilib. “İncəsənət dünyanı birləşdirir – sərhəd tanımayan rənglər” (Art Unites the World – Colors That Know No Boundaries) adlı sərgi Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır.
Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, yerli və xarici ictimaiyyət nümayəndələri, sənət adamları, rəssamlar və mədəniyyət xadimləri iştirak ediblər.
Azərbaycan üzrə kurator, rəssam Elminaz Qəhrəmanova bildirib ki, ekspozisiyada ümumilikdə 70-dən çox rəssamın əsəri təqdim olunur. Onlardan 37-si Azərbaycan, 35-i isə Gürcüstan və İran rəssamlarının əsərləridir.
Sərgidə müxtəlif üslub və istiqamətlərdə hazırlanmış rəsm əsərləri nümayiş etdirilir. Azərbaycan və Gürcüstanla yanaşı, müxtəlif ölkələrdən sənət adamlarının da əsərlərinin təqdim olunduğu beynəlxalq layihə incəsənətin xalqlar və ölkələr arasında əlaqələrin möhkəmləndirilməsindəki rolunu ön plana çıxarır.
Təşkilatçıların əsas məqsədlərindən biri müxtəlif ölkələrdən olan rəssamları vahid sənət platformasında bir araya gətirmək, yaradıcılıq mübadiləsini genişləndirmək və mədəni əlaqələrin inkişafına töhfə verməkdir.
Ekspozisiyada Azərbaycanı təmsil edən rəssamlar arasında Elminaz Qəhrəmanova, Ehtiram Kərimov, Esmira Xəlilova, Fidan Mehman, Gülnarə Quliyeva, Səfurə İbrahimova, Səkinə Cəfərli, Sevinc İsmayılzadə, Həsən Hüseynov, Əməkdar rəssam Həmzə Abdullayev, Yusra Arslan və digər sənətkarların əsərləri yer alır.
Gürcüstan tərəfdən isə Alika Tsurtsumia, Beno Sixinava, Besarion Kupatadze, Giorgi Kikadze, Davit Beitroşvili, Ekaterine Karchava, Nana Natənadze, Nino Quraşvili, Nodari Arğvliani, Salome Pheladze, Tamar Toidze, Tamuna Moşaşvili, Zezva Sagliani və digər rəssamların əsərləri nümayiş etdirilir.
Sərgi çərçivəsində sənət adamlarının bir araya gəlməsi və iki ölkənin rəssamları arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, ilk belə sərgi Tbilisidə bu ilin mart ayında təşkil edilib.
Səfirliyin müşaviri Samor Əbdürəhimov bildirib ki, belə tədbirlərin təşkili həm incəsənətin, həm də mədəniyyətlərarası əlaqələrin inkişafına və gücləndirilməsinə xidmət edir: “Biz bu tədbirləri yüksək səviyyədə təşkil etməyə çalışırıq və düşünürəm ki, bununla həm ölkəmizə, həm də mədəniyyətlərin yaxınlaşmasına töhfə veririk”.
Digər xəbərlər