NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

TDT seçki orqanlarının Məşvərət Platformasına sədrlik Qazaxıstandan Azərbaycana keçəcək

...

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin mərkəzi seçki orqanlarının Məşvərət Platformasına sədrlik 2 il sonra Qazaxıstandan Azərbaycana keçəcək.

"Şərq qapısı" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.

O qeyd edib ki, həmin dövlətlərin seçki komissiyaları ilə vaxtaşırı birgə tədbirlər keçiriləcək:

"Hansısa sahədə çatışmazlıq varsa, bunu görüşlərdə müzakirə edəcəyik".

Nəşr edilib : 22.05.2025 16:24