NAXÇIVAN :

20 Avqust 2026, Cümə axşamı

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

...

Türk Dövlətləri Təşkilatının (TDT) Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşünün Bakıda keçirilməsi planlaşdırılır.

"Şərq qapısı"nın məlumatına görə, görüşün 16–18 sentyabr tarixlərində baş tutacağı gözlənilir.

Görüş çərçivəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuların müzakirə olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, TDT üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin IV iclası ötən il Bişkekdə baş tutub.

Nəşr edilib : 20.08.2026 17:15