NAXÇIVAN :

20 Oktyabr 2026, Çərşənbə axşamı

Tramp: Putin və Si Cinpinlə nüvə silahlarının ləğvini müzakirə etməyə hazıram

...

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinlə üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib.

"Şərq qapısı" xəbər verir ki, Tramp jurnalistin belə bir görüşə razılıq verib-vermədiyi barədə sualını cavablandırarkən deyib.

“Lakin belə bir görüş keçirərdim. Biz nüvə silahları və nüvəsizləşdirmə məsələlərini müzakirə etmək üçün bir araya gələ bilərik”,-deyə Tramp əlavə edib.

Nəşr edilib : 20.10.2026 00:19