NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Tramp: Rusiya ilə razılaşmaya çox yaxınıq

...

“İki çox vacib ölkə arasında çox isti görüş oldu”.

"Şərq qapısı"nın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər.

“Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Artıq anlaşdığı zaman çox yaxşıdır. Ukrayna buna razılıq verməlidir”, -deyə Tramp əlavə edib.

Nəşr edilib : 16.08.2025 07:40