NAXÇIVAN :

01 Iyun 2025, Bazar

Trend beynəlxalq informasiya agentliyinin direktor müavini, Əməkdar jurnalist Sahil Kərimli: "Media nümayəndələri olaraq bir daha əmin olduq ki, Naxçıvanda mətbuata böyük dəyər verilir"

...

 Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin verdiyi Sərəncam çərçivəsində Naxçıvanda keçirilən bu tədbir xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın qədim bölgələrindən biri olan Naxçıvan şəhərində mətbuatın 150 illiyi ilə bağlı keçirilən bu tədbir çox böyük və əhəmiyyətli bir tədbir oldu. Media nümayəndələri olaraq hər birimiz belə  bir tədbirin Naxçıvanda keçirilməsi ilə bağlı qürur hissi duyuruq. Tədbirin keçirilməsində əməyi olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm. Bu gün Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə media nümayəndələrinin görüşü oldu. Bu görüşdə Fuad müəllim media ilə əlaqələrə böyük önəm verdiyini bir daha vurğuladı və biz media nümayəndələri olaraq bir daha əmin olduq ki Naxçıvanda mətbuata çox böyük dəyər verilir. Hazırda Naxçıvanın simvollarından olan Göycə festivalına qatılmışıq. Bu da bizim üçün  çox maraqlı bir tədbir oldu. Bakıdan gələn  media nümayəndələri Azərbaycan mətbuatının aparıcı simaları tanınmış şəxslər media qurumlarının rəhbərləri də  inanıram ki, mənim kimi bu tədbirlərdən çox razı qalacaqlar.

Nəşr edilib : 30.05.2025 21:14