Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
Aprelin 21-də Türkiyənin Qars şəhərində yerləşən Qafqaz Universitetində “Türk Dövlətləri Təşkilatı: keçmiş və gələcək” mövzusunda konfrans keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Qars valiliyinin və bələdiyyəsinin nümayəndələri, Azərbaycanın bu şəhərdəki baş konsulu Zamin Əliyev, Qafqaz Universitetinin politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Elnur Həsən Mikayıl, ali təhsil müəssisəsinin müəllim və tələbələri iştirak ediblər.
Türk Dövlətləri Təşkilatının keçmiş baş katibi, təqaüddə olan türkiyəli diplomat Halil Akıncı tədbir iştirakçıları qarşısında çıxış edib.
O, Türk dünyasının birləşməsində, Türkiyədən Qafqaza və Mərkəzi Asiyaya qədər siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində təşkilatın aparıcı rol oynadığını qeyd edib.
Keçmiş baş katib vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı uğurla mühüm regional aktora çevrilir, infrastrukturun, təhlükəsizliyin və ticarətin inkişafına töhfə verir, eyni zamanda fəal dialoq platforması kimi çıxış edir.
Azərbaycanın Qarsdakı baş konsulu Z.Əliyev isə bildirib ki, Türk Dövlətləri Təşkilatının gücü ümumi dəyərlərə və vahid baxışa əsaslanır.
O, türk dövlətləri arasında əməkdaşlığın daha da genişlənəcəyinə və nəticədə təşkilatın regional və qlobal çağırışların aradan qaldırılmasında rolunun güclənəcəyinə əminliyini ifadə edib.
Digər xəbərlər