NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyə Azərbaycan və daha iki ölkə ilə Avropaya enerji ixracı barədə razılığa gəlib

...

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan xətti vasitəsilə Günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin Avropaya ixracı planlaşdırılır.
"Şərq qapısı" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-də yerli iş adamları ilə görüşündə deyib.
"Biz Azərbaycan, Gürcüstan və Bolqarıstanla yaşıl elektrik enerjisinin ötürülməsi və ticarəti ilə bağlı mühüm razılaşma əldə etmişik. Biz həm şərqdə, həm də qərbdə təbii qaz tutumunu artırmışıq. Bolqarıstan və Yunanıstanla əlaqələr vasitəsilə biz Cənub-Şərqi Avropa ölkələrinin enerji təchizatı təhlükəsizliyinə mühüm töhfələr vermişik. Hazırladığımız layihələrlə 2025-ci ildə Suriya və Naxçıvana qaz tədarük etməyə başladıq. Biz enerji sahəsində mərkəzi ölkə olmaq məqsədi ilə fəaliyyət göstəririk", - o bildirib.

Nəşr edilib : 23.09.2025 22:13