NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb

...

Azərbaycan, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən "Birliyin Gücü –2026" təlimi çərçivəsində bölmələr sızma əməliyyatı üzrə təlimdə birgə fəaliyyət imkanlarını inkişaf etdiriblər.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) "X" sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, "Birliyin Gücü – 2026" birgə hərbi təlimi Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə Azərbaycanda keçirilir.
Üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən "Qızılqaya" Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən "Qarabağlar" Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında yerləşən "Böyük Zirə" təlim rayonunda təşkil olunur.

Nəşr edilib : 29.09.2026 23:24