Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkə...
14:32 04.10.2026
0
0
0
Türkiyənin nüfuzlu nəşrlərindən biri olan “Milat” qəzetində Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyəti və qarşıya qoyduğu hədəflərlə bağlı geniş material yayımlanıb.
“Şərq qapısı” xəbər verir ki, Samir Aslanın hazırladığı xəbərdə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, yazıçı-publisist Zərifə Quliyevanın fikirlərinə yer verilib.
Z.Quliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətini əzmlə, ardıcıl və məqsədyönlü şəkildə davam etdirir.
O, Azərbaycanın son illərdə əldə etdiyi mühüm nailiyyətlərə diqqət çəkərək qeyd edib ki, ölkənin qazandığı uğurlar qarşıya yeni və daha böyük hədəflərin qoyulmasına imkan yaradır.
Veteranlar Şurasının üzvü vurğulayıb ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün xalqın birliyi və həmrəyliyi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolunda inamla addımlayacaq, qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsi istiqamətində mühüm işlər davam etdiriləcək.
Z.Quliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə yanaşı, ölkəmizin davamlı inkişafına, dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə və milli maraqların qorunmasına öz töhfəsini verməkdə davam edir.
Digər xəbərlər