Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
İyunun 10-da Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü” münasibətilə görüş təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün media nümayəndələrini səhər yeməyinə dəvət edib.
Görüşdə qonaqlara Türkiyənin zəngin kulinariya irsini əks etdirən müxtəlif təamlar təqdim olunub.
Səfir Birol Akgün çıxışında bildirib ki, UNESCO tərəfindən qəbul edilən “Dünya səhər yeməyi günü” hər il iyun ayının ilk bazar günü qeyd olunur. Bu günün məqsədi səhər yeməyinin mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu vurğulamaq və Türkiyə mətbəxinin zənginliyini dünyaya tanıtmaqdır.
Diplomat qeyd edib ki, Türkiyənin tanıdılmasına böyük töhfə verən səhər yeməyi mədəniyyəti hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə təmsilçiliklərində də qeyd olunur. Bu təşəbbüs, eyni zamanda, qonaqpərvərlik və paylaşma kimi ortaq dəyərlərin təbliğinə xidmət edir.
Digər xəbərlər