NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dəməşqdə danışıqlar aparıb

...

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Səlcuq Bayraktaroğlu Dəməşqə səfər edib, orada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə danışıqlar aparıb.

"Şərq qapısı" xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi S.Bayraktaroğlunun Suriya müdafiə naziri Murhaf Əbu Kasr və suriyalı həmkarı Əli Nurettin Nasanla da görüşdüyünü bildirib.

İki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri Türkiyə-Suriya Birgə Əməliyyatlar Qərargahında olublar.

Türkiyə nümayəndə heyəti, həmçinin Dəməşqdə müdafiə sərgisində də iştirak edib.

Nəşr edilib : 06.12.2025 19:45