NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Türkiyədə avtobus aşıb, 46 nəfər yaralanıb

...

Türkiyənin Amasya əyalətinin Mərzifon rayonunda ikimərtəbəli avtobusun aşması nəticəsində 46 nəfər yaralanıb.

"Şərq qapısı" xəbər verir ki, məlumatı "Haber Global" yayıb.

Bildirilib ki, İstanbuldan Ordu istiqamətində hərəkətdə olan avtobus Sarıköy yaxınlığında sürücünün idarə etməni itirməsi nəticəsində aşıb.

Məlumata görə, hadisə yerinə polis, təcili yardım və yanğınsöndürmə qrupları cəlb olunub.

Nəşr edilib : 16.07.2026 09:15