Birinci rübdə 80 minədək mülkiyyət hüququnun dövlə...
15:37 21.04.2026
0
0
0
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda yerləşən sənaye bölgəsindəki fabriklərin birində partlayış baş verib.
"Şərq qapısı" xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində 2 fəhlə həyatını itirib.
Hadisə yerinə çox sayda xilasedici və təcili tibbi yardım qrupları cəlb olunub.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Kocaeli Valiliyindən bununla bağlı verilən açıqlamada qəza ilə bağlı istintaqın başlanıldığı bildirilib.
Digər xəbərlər