NAXÇIVAN :

26 Noyabr 2026, Cümə axşamı

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub

...

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi həyatını itirib.

21:48

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Şərq qapısı" xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına əsasən, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb.

Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumatda helikopterdəki heyətin vəziyyəti barədə hələlik açıqlama verilməyib. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Nəşr edilib : 24.11.2026 22:36