NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Türkiyəli generala Azərbaycanın hərbi əməkdaşlıq medalı təqdim olunub

...

Türkiyə ordusunun keçmiş baş qərargah rəisi, istefada olan ordu generalı Metin Güraka Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən 2025-ci ildə verilmiş "Hərbi əməkdaşlıq sahəsində xidmətlərinə görə" medalı təqdim edilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov medalı və müvafiq vəsiqəni M. Güraka təqdim edib.

Nəşr edilib : 08.10.2026 23:38