Azərbaycanın Təbrizdəki konsulu yol qəzasında həla...
23:12 23.05.2026
0
0
0
Naxçıvanda mədəniyyət tarixinə keçəcək günlər yaşanır. Şəhər ilk dəfə ev sahibliyi etdiyi "Şərqin qapısı" teatr festivalı ilə sənətsevərləri bir araya gətirib. Festivalın ən maraqlı qonaqlarından biri isə Türkiyədən gələn aktyor, müəllim və bələdiyyə konservatoriyasında teatr bölməsinin rəhbəri kimi tanınan Avni Rakopdur.
Samsun şəhərindən gələn qonağımız Naxçıvan Dövlət Milli Dram Teatrının ev sahibliyi etdiyi bu festivalın əhəmiyyətini və duyğularını bizimlə bölüşdü:
"Naxçıvanda olmaq çox fərqli və unudulmaz bir təəssüratdır. Burada özümü sanki qonaq yox, illərdir, yaşadığım doğma evimdəki kimi çox rahat və səmimi hiss edirəm. İlk dəfə teatr festivalının keçirilməsi sənət adına böyük hadisədir. Hesab edirəm ki, "Şərqin qapısı" festivalı həm mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, həm də teatr sənətinin ortaq gələcəyi üçün misilsiz bir imkandır".
Avni Rakop yerli sənət adamları ilə qurduğu səmimi ünsiyyətdən də böyük məmnunluqla bəhs etdi: "Burada yerli aktyorlarla geniş söhbət imkanımız oldu. Sənətin dili birdir və biz bu dialoq zamanı bir daha əmin olduq ki, teatr sərhəd tanımır. Həm indi, həm də gələcəkdə bir-birimizə yaradıcılıq yolunda hər zaman dəstək olacağımızı, bu sənət körpüsünü daha da möhkəmləndirəcəyimizi vurğuladıq".
Səmayə RƏSULOVA
Digər xəbərlər