NAXÇIVAN :

27 Iyul 2026, Bazar ertəsi

TÜRKPA Qlobal Tolerantlıq və Sülh Şurası ilə əməkdaşlığı genişləndirir

...

İyunun 25-də TÜRKPA ilə Qlobal Tolerantlıq və Sülh Şurası (QTSŞ) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən Niyyət Protokolu imzalanıb.

TÜRKPA-dan bildirilib ki, qurumun Baş katibi Ramil Həsən sənədin beynəlxalq parlament təşkilatları arasında əməkdaşlığın inkişafına, eləcə də regionda və dünyada sülhün, qarşılıqlı anlaşmanın və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyini vurğulayıb.

QTSŞ-nin Prezidenti Ahmed Bin Mohammad Al-Jarwan isə TÜRKPA ilə əməkdaşlığa böyük önəm verdiklərini bildirərək, imzalanmış Niyyət Protokolunun iki təşkilat arasında münasibətlərin daha da inkişafına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edəcəyini qeyd edib.

Nəşr edilib : 25.06.2026 14:54