NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

TÜRKPA və Şimali Kipr arasında əməkdaşlıq imkanları müzakirə olunub

...

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel ilə görüşüb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə TÜRKPA-dan məlumat verilib.

Görüşdə Baş katib TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas fəaliyyət istiqamətləri və layihələr barədə məlumat verib.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm, strateji və irimiqyaslı təşəbbüslər planlaşdırdığını qeyd edərək, həmin təşəbbüslərdə ŞKTC nümayəndə heyətinin fəal iştirak edəcəyinə ümidvarlığını bildirib.

ŞKTC-nin TÜRKPA çərçivəsində müşahidəçi statusu ilə həyata keçirdiyi səmərəli və dinamik əməkdaşlıqdan söz açan R.Həsən Assambleyanın səlahiyyətlərinə uyğun olaraq Şimali Kiprə bütün mümkün dəstəyi göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Baş nazir Ünal Üstel nümayəndə heyətinin ŞKTC-yə səfərindən məmnunluğunu ifadə edərək qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və ölkəsinə göstərilən dəstəyin ardıcıl şəkildə davam edəcəyinə inandığını bildirib.

Nəşr edilib : 20.11.2025 13:41