Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş veri...
22:30 13.05.2025
0
0
0
Naxçıvan Dövlət Universitetində keçirilən bu görüş, sadəcə, Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün önəmlidir. Təsadüfi deyildir ki, Avropanın, eləcə də Macarıstanın dünya şöhrətli siyasətçisi Şandor Lejak Naxçıvana gəlib. O, sadəcə, siyasətçi deyil, eyni zamanda böyük yazar və dramaturqdur. Lejakın məşhur əsərləri Avropanın bir çox səhnələrində tamaşaya qoyulub.
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində qonaq olan TÜRKSOY-un Baş katibi Sultan Raev jurnalistlərə müsahibəsində söyləyib.
O qeyd edib ki, Naxçıvanın rolu Türk dünyası üçün çox önəmlidir. Naxçıvan bəyannaməsinin qəbul olunması ilə Türk Dövlətləri Təşkilatının əsası qoyulub, bu torpaqda türk kökənli respublikalar bir araya gəlib. Bu baxımdan Naxçıvan daim Türk dünyasının siyasət qaynağı olacaq.
“Naxçıvan Azərbaycan tarixində, mədəniyyətində böyük rolu olan müqəddəs bir yerdir. Burada böyük insanlar, Azərbaycanın görkəmli şəxsiyyətləri yaşayıb. Heydər Əliyevin də Naxçıvanda dünyaya göz açdığını xüsusi qeyd etməliyəm. O təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının Ümummilli Lideri, Türk dünyasının memarıdır. Bu mənada, Ümummilli Lider Heydər Əliyevin məmləkətində olmaq mənim üçün çox qürurdur”
Aidə İBRAHİMOVA
Digər xəbərlər