NAXÇIVAN :

02 Avqust 2026, Bazar

Uqandada məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub

...

Uqandanın şərqindəki Kapçorva rayonunda məktəb avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər həlak olub, 60-dan çox şagird isə xəsarət alıb.

"Şərq qapısı" Uqanda mediasına istinadla xəbər verir ki, qəza şagirdlərin təlim səfərindən qayıdarkən baş verib. İlkin məlumata görə, qəzaya səbəb avtobusda texniki nasazlığın yaranması olub.

Yaralılar Kapçorva Baş Xəstəxanasına və digər tibb müəssisələrinə yerləşdirilib, ağır vəziyyətdə olan bir neçə şagird isə Mbale Regional Xəstəxanasına göndərilib.

Polis qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Nəşr edilib : 17.07.2026 11:05