Ombudsman Slovakiya Milli Şurasının üzvlərini qəbu...
20:43 13.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbiri giriş sözü ilə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsal Möhbalızadə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının baş məsləhətçisi Müşərrəf Bağırova və Culfa Rayon Təhsil Şöbəsinin əməkdaşı Rasim Şirinov çıxış edərək bildiriblər ki, uşaqların hüquqları ilə yanaşı, müəyyən vəzifələri də vardır. Onlar öz yaşına və bacarıqlarına uyğun olaraq təhsillərinə diqqət yetirməli, valideynlərinə və müəllimlərinə hörmət göstərməli, həmyaşıdları ilə düzgün münasibətlər qurmalı və cəmiyyətin qaydalarına riayət etməlidirlər.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib, sorğu keçirilib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb və posterlər məktəbin elan lövhələrində yerləşdirilib.
Digər xəbərlər