İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qru...
16:36 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
19 mart 2026-cı il tarixdə Babək şəhər körpələr evi-uşaq bağçasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib. “Şərq qapısı” xəbər verir ki, seminarı giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Yasəmən Hacıyeva mövzunun aktuallığından və seminarın əhəmiyyətindən bəhs edib. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin baş məsləhətçisi Müşərrəf Bağırova çıxış edərək bildirib ki, uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyət sağlam mühitin formalaşmasında əsas şərtlərdən biridir. Təmizlik, havalandırma və digər gigiyenik qaydalara əməl olunması uşaqların sağlamlığının qorunmasına xidmət edir. Otaqların və avadanlıqların mütəmadi təmizlənməsi infeksiyaların yayılmasının qarşısını alır. Sanitariya qaydalarına riayət edilməsi uşaqlar üçün təhlükəsiz və rahat mühit yaradır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Qurbani İbrahimov çıxış edərək vurğulayıb ki, sanitar-gigiyenik normalara riayət olunması uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır. Təmiz su, düzgün qidalanma mühiti və dezinfeksiya tədbirləri sağlamlığın qorunmasına müsbət təsir göstərir. Xəstəliklərin yayılma riskinin azaldılması üçün mütəmadi tibbi nəzarət və profilaktik tədbirlərin həyata keçirilməsi vacibdir. Daha sonra Babək şəhər körpələr evi-uşaq bağçasının müdiri Aynurə Məhərrəmova belə maarifləndirici tədbirin təşkilinə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, seminar diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.
Digər xəbərlər