NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Uşaq müəssisəsində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib

...

Bu gün Naxçıvan şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi istehsalat təcrübəsi keçən tələbələrin iştirakı ilə uşaq müəssisəsində sanitar-gigiyenik vəziyyətlə bağlı seminar keçirilib.

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşlarının çıxış etdiyi seminarda  mövzunun aktuallığından bəhs edilib. Uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətin sağlam mühitin formalaşmasında əsas şərtlərdən biri olduğu, normalara riayət olunmasının uşaqlar arasında xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı bildirilib. 

Qeyd edək ki, seminar diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə bağlı broşürlər paylanılıb.

Nəşr edilib : 06.05.2026 12:30