NAXÇIVAN :

20 Yanvar 2026, Çərşənbə axşamı

Vətən igid oğulları ilə var olur

...

Vətən torpağı hər bir azərbaycanlının ən müqəddəs dəyəridir. Bu torpaq uğrunda canını fəda edən qəhrəmanlar isə xalqımızın qürur mənbəyidir. Şəhidlərimiz öz ölümsüzlüyü ilə bizə göstərdilər ki, Vətən sevgisinin ən ali mərtəbəsi məhz şəhidlikdir. Onlar igidliyi, mərdliyi ilə tarix yazdılar, adlarını əbədi olaraq yaddaşlara həkk etdilər.

Bu gün biz torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizi ehtiramla yad edirik. Onlardan biri də leytenant Elşən Məmmədovdur. Elşən Məmmədov 21 aprel 1999-cu ildə Şərur rayonunun Danyeri kəndində dünyaya göz açıb. Uşaqlıqdan zəhmətsevərliyi və Vətənə olan sevgisi ilə seçilən Elşən ilk təhsilini kənd məktəbində alıb, 2013-cü ildən isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuşdur. O, 2016-cı ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı olub və 2020-ci ildə məktəbi leytenant rütbəsi ilə bitirərək hərbi xidmətə başlayıb. Elşənin hərbi xidməti 44 günlük Vətən müharibəsinə təsadüf edib. O, qəhrəmanlıqla döyüşərək Füzuli istiqamətində gedən ağır savaşlarda şəhadətə yüksəlib. Elşən Məmmədovun igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilıb.

Elşən təkcə ailəsinin oğlu deyil, həm də bacısının ən yaxın dostu olub. BacısıGülsarəqardaşı haqqında belə danışır: “Elşənlə mən çox yaxın idik. Bacı-qardaşdan əlavə dost idik. Hər sözünü, hər sirrini mənə deyirdi, mən də ona. Nə problemim vardısa, o həll edirdi. O qədər düşüncəli idi ki, yaşından böyük düşünürdü. Müharibənin ortasında, ən çətin anlarda belə bizi düşünürdü. Hər zaman özündən qabaqəsgərlərini düşünür, onların yaşaması üçün özünü fəda etməyə hazır idi”. Bu səmimi sözlər bir daha göstərir ki, Elşən yalnız ailəsinin deyil, Vətəninin də dayağı olub.

O, həyatını, arzularını, gələcəyini torpaqlarımızın azadlığına qurban verdi. Bu gün onun adı təkcə ailəsinin deyil, bütün Azərbaycanın ürəyində yaşayır. Anamın hər günü onu anmaqla keçir,Elşənə ev-muzeyi yaratmışıq. Onun xatirələri ilə dolu olan bu otaq bizə az da olsa, təsəlli olur.O hər dəfə bu evin qapısından girəndə özü ilə bərabər dünya boyda sevinc gətirərdi bizə. Gedəndə də gülə-gülə getdi. Hər bir zabit kimi onun da ən böyük xəyalıAzərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Vətənin dar günündə irəli atılan oğullar sırasında olmaq onaqürur verirdi. Döyüşün ilk günündən irəli atıldı və elə Naxçıvana qələbə xəbəri gətirən ilk şəhidlərdən oldu.

Biz artıq beş ildir ki, Şuşadan gələn uşaq gülüşünü, Zəngilandan havalanan vağzalı səsini eşidirik. Biz artıq azad, bütov Azərbaycanın vətəndaşı olmanın qüruru ilə yaşayırıq. Bütün bunları isə igid oğullarımızın qəhrəmanlığı sayəsində qazandıq. Bu Vətən onu bütövləşdirənoğulları heç vaxt unutmayacaq. Biz Elşən kimi oğullarımızı daim qəlbimizdə yaşadacağıq.

 Zəhra VƏLİYEVA

Nəşr edilib : 30.09.2025 10:09