NAXÇIVAN :

19 Sentyabr 2026, Şənbə

Vətən müharibəsi qazisi Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

...

Vətən müharibəsi qazisi Abbasəli Tarverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Şərq qapısı” xəbər verir ki, məktubda Naxçıvanda Regional DOST Mərkəzinin yaradılmasından və burada vətəndaşlara göstərilən xidmətlərin yüksək səviyyədə təşkilindən məmnunluq ifadə olunub.
A.Tarverdiyev Regional DOST Mərkəzində vətəndaşlara göstərilən xidmətin yüksək səviyyədə təşkil olunduğunu, əməkdaşların vətəndaşlara diqqətli, nəzakətli və operativ münasibət göstərdiyini qeyd edib.
Məktubda "DOST" layihəsinin sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açdığı, şəffaflıq, operativlik və vətəndaş məmnuniyyətini əsas götürdüyü vurğulanıb. Bildirilib ki, bu nəcib təşəbbüsün Naxçıvanda da həyata keçirilməsi və 11 avqust 2026-cı il tarixdə Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Regional DOST Mərkəzinin açılışının keçirilməsi Naxçıvan sakinlərinə göstərilən xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Vətən müharibəsi qazisi məktubunda, xüsusilə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının sosial müdafiəsinin daim diqqətdə saxlanılmasını dövlətin sosial siyasətinin mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Abbasəli Tarverdiyev Naxçıvana göstərilən xüsusi diqqət və qayğıya, "DOST" layihəsinin Naxçıvanda həyata keçirilməsinə verilən dəstəyə, eləcə də şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən davamlı dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 
Qeyd edək ki, məktub Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı President.az-da yayımlanıb.

Nəşr edilib : 19.09.2026 15:08