NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Vilayət Eyvazov Gürcüstana səfər edib, saziş imzalanıb

...

Nayabrın 21-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gürcüstana səfər edib.

"Şərq qapısı" xəbər verir ki, DİN Mətbuat Xidmətindən bildirilib ki, nazir Vilayət Eyvazovun Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.

Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.

Nəşr edilib : 21.11.2025 12:30