NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb

...

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda Latviya yığmasına qarşı keçirəcəyi yoxlama oyunlarının vaxtı bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, görüşlər avqustun 7 və 8-də olacaq.

Azərbaycan yığması ilə yoxlama görüşü keçirəcək digər komanda - Belarus isə avqustun 9-dan sonra Bakıya səfər edəcək. Hələlik bu komanda ilə matçların vaxtı barədə dəqiq məlumat yoxdur.

Nəşr edilib : 04.08.2026 17:55