Qaradağ rayonunda palçıq vulkanı püskürüb
23:57 25.11.2026
0
0
0
Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
“Şərq qapısı” xəbər verir ki, bu haqda aktrisanın ailəsi məlumat yayıb.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. 1958–1962-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, 1969-cu ildə isə rejissorluq fakültələrini bitirib. 1962–1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim və dosent kimi fəaliyyət göstərib. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmə çəkilib və müxtəlif televiziya-radio layihələrində rol alıb.
Digər xəbərlər