Antalyada TDT Xarici İşlər Nazirləri Şurasının qey...
12:48 18.04.2026
0
0
0
Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatında növbəti medalçılar bəlli olub.
"Şərq qapısı" xəbər verir ki, böyüklərin sprint yarışında kişilər arasında rusiyalı Nikita Filippov bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ilk pilləsinə qalxıb. Tomas Bussar (İsveçrə) ikinci, Martines Ferrer (İspaniya) üçüncü yeri tutub.
Qadınların mübarizəsində isə Marianne Fatton (İsveçrə) Avropa çempionu olub. Julia Murada (İtaliya) gümüş, Tatyana Paller (Almaniya) bürünc medal qazanıblar.
Qaliblərin mükafatlandırma mərasimi bu gün saat 18:00-da keçiriləcək.
Digər xəbərlər