Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub, yollarda ç...
12:28 24.09.2026
0
0
0
NAXÇIVAN :
24 Sentyabr 2026, Cümə axşamı
"Tramp Marşrutu" (TRIPP) Cənubi Qafqaz iqtisadiyyatına yeni təkan, sülhün möhkəmlənməsinə isə töhfə vermək iqtidarında olan əhəmiyyətli layihədir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Nyu-Yorkda "Caspian Policy Center" (CPC) tərəfindən təşkil olunmuş yeddinci illik Xəzər Biznes Forumunda bildirib.
"TRIPP təkcə Cənubi Qafqaz regionu ölkələrinə iqtisadi dəstək verməklə və kommersiya dəyəri yaratmaqla kifayətlənməyəcək. TRIPP həm də regionda sülhün bərqərar olmasına, eləcə də bütün ölkələr üçün ümumi maraqların formalaşmasına kömək edən təşəbbüsün daha bir nümunəsi olacaq mühüm layihədir", - deyə Y.Yəfiyev "Orta Dəhlizə investisiyalar: yeni TRIPP layihəsi region üçün nə deməkdir?" adlı panel sessiyasında çıxış edərkən bildirib.
Nazir müavini qlobal ticarət marşrutlarında yaranan fasilələr şəraitində etibarlı regional qarşılıqlı əlaqənin artan əhəmiyyətinə diqqət çəkib: "Azərbaycan üçün səmərəli regional əlaqələr daha qısa və proqnozlaşdırıla bilən marşrutlar, daha dayanıqlı təchizat zəncirləri, bazarlara çıxışın yaxşılaşdırılması və əlbəttə ki, ticarət və investisiyalar üçün yeni imkanlar deməkdir".
O, həmçinin Azərbaycanın infrastrukturun inkişafına, o cümlədən Bakı Limanına, Ələt Azad İqtisadi Zonasına və modernləşdirilmiş Bakı-Tbilisi-Qars dəmir yoluna yatırdığı investisiyaları xatırladıb.
Y.Rəfiyevin sözlərinə görə, fiziki infrastrukturun inkişafı sərhəd prosedurlarının səmərəliliyinin artırılması və gömrük sistemlərinin rəqəmsallaşdırılması ilə müşayiət olunmalıdır.
Digər xəbərlər