NAXÇIVAN :

19 Sentyabr 2026, Şənbə

Yardımlıda açıq ərazidə yanğın baş verib

...

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Eçara kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb.

Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı tikililər və hava elektrik xətləri yanğından mühafizə olunub.

Nəşr edilib : 18.09.2026 23:35