Tramp: ABŞ İranla bağlı mühüm kəşfiyyat məlumatlar...
23:49 25.10.2026
0
0
0
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışda 96 idmançı iştirak edib.
Yarışın nəticələrinə əsasən Fuad İsgəndərov, Əli Quliyev, Elxan Muradov, Şahin Əsgərli, Məcnun Abbasov, Səfər Muradov, Turqut Abdullayev, Polad Əhmədov, Adəm Babayev, Hüseyn Əliyev və Həsən Sucalı müvafiq çəki dərəcələrində birinci yerə layiq görülüblər. İlk üç yerin sahibləri diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.
Birinciliyin keçirilməsində məqsəd istedadlı idmançıları üzə çıxarmaq, onların yarış təcrübəsini artırmaq və peşəkarlıq səviyyəsini yüksəltməkdir.
Digər xəbərlər