Cəfərqulu xan Naxçıvanski – Naxçıvanın müdafiə qal...
14:05 26.06.2025
0
0
1
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqçuları ilə görüşüb.
“Şərq qapısı” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə nazirliyin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2025-ci il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunub.
Hərbi qulluqçulara ali hərbi rütbələri təqdim edən nazir onlara Ali Baş Komandanın təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
Təltif olunan zabitlər göstərilən etimada görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğruldacaqlarını ifadə ediblər.
Digər xəbərlər